Sanksiyalar Rosneft-in Hindistandan neft məhsullarının ixracını azaldıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məluat yayıb.
Rosneft-in Rusiyadakı törəmə şirkətlərinin nəzarətində olan Hindistanın Nayara neft emalı zavodundan neft məhsullarının ixracı sanksiyalardan sonra iki dəfədən çox azalıb.
Sentyabrda neft emalı zavodu təqribən 2,2 milyon barel ixrac edib ki, bu da 2024-cü ilin sentyabr hədəfinin yarısından çoxunu təşkil edib.
Üstəlik, bu ay yüklənmiş həcmin yarısından çoxu müştərilərə çatdırılmır, lakin üzən tankerlərdə qalır və ya Oman sahillərində başqa gəmilərə yüklənir.
Qeyd edək ki, ölkənin ən böyük liman operatoru Adani Group əvvəllər sanksiya tətbiq etdiyi tankerlərin bütün limanlarına daxil olmasını qadağan edib.
Xuraman Etibarlı
İnterpress.az