Şarl Mişel: “Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması vacibdir”backend

Şarl Mişel: “Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması vacibdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənubi Qafqazda sabitlik, sülh və təhlükəsizliyin təmin olunması Avropa İttifaqı üçün vacibdir”.

İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında deyib.

O, Avropa İttifaqının Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində səylərini davam etdirəcəyini bildirib.