Şəkil çəkmək istəyən hindistanlı uçurumdan yıxıldı – VİDEObackend

Şəkil çəkmək istəyən hindistanlı uçurumdan yıxıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın Tamil Nadu ştatında 28 yaşlı gənc gözəl mənzərələri çəkməyə çalışarkən sürüşərək şəlaləyə yıxılıb.

Hadisəni zərərçəkənin dostu videoya çəkib.

O, Kodaykanaldakı şəlalənin kənarında dayanıb və dostundan onunla şəkil çəkdirməsini xahiş edib. Lakin zərərçəkən qəfil büdrəyərək müvazinətini itirib və qayadan aşağı sürüşüb. Gənc qaydan yapışmağa çalışsa da, bir neçə saniyədən sonra suya düşüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər həmin şəxsin axtarışlarına başlayıb, lakin onun meyiti tapılmayıb.

Mənbə: gazeta.ru