Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı araşdırmalara başlanıldıbackend

Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı araşdırmalara başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

AQTA-dan bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.