Şəmkirdə quldurluq edən şəxslər saxlanılıbbackend

Şəmkirdə quldurluq edən şəxslər saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə quldurluq edən şəxslər saxlanılıb

İnterpress.az xəbər verir ki, noyabrın 18-də gecə saatlarında Şəmkirdə yerləşən yaşayış evlərindən birinə daxil olan iki naməlum şəxs ev sahibini kəsici alətlə hədələyərək pulunu və evin açarlarını ələ keçiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə cinayət əməlini törətməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. Davam etdirilən tədbirlərlə 2010-cu il təvəllüdlü Elay İsgəndərov və 2007-ci il təvəllüdlü Cəsur Qarayev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.|report