Şəmkirdə yaşayış binasında yanğın olubbackend

Şəmkirdə yaşayış binasında yanğın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Dəllər qəsəbəsində ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 70 m² olan mənzildə ev əşyaları 3 m² sahədə yanıb.

Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.