1 sentyabr 2025-dən etibarən Aİ-də TPO tərkibli gel-laklar qadağan ediləcək.
İnterpress.az xəbər verir ki, Avropa İttifaqında 1 sentyabr 2025-ci ildən tərkibində TPO — trimetilbenzoyil difenilfosfin oksid olan gel-lakların istifadəsi qadağan olunacaq.
Sözügedən maddə reproduktiv sağlamlıq üçün təhlükəli hesab edilir və sonsuzluğa səbəb ola bilər.
TPO çox vaxt gel-lakların və UV-gellərin tərkibində olur və bu məhsullar hələ də satışdadır.
Mütəxəssislər istifadəçilərə “5-free” və ya “7-free” nişanlı — toksik komponentlərdən azad məhsullara üstünlük verməyi tövsiyə edirlər.
Xuraman Etibarlı
İnterpress.az