Sentyabrın 1-dən məktəblilərə dərsdə, hətta maarifləndirmə məqsədilə telefondan istifadə etmək qadağan olunacaq.
interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Dərslər başlamazdan əvvəl telefonlar müsadirə ediləcək və yalnız ünsiyyət ehtiyacları kimi fövqəladə hallar üçün istifadə edilə bilər.
Məktəb rəhbərliyi valideynlərlə birlikdə smartfonların uşaqlara tənəffüs zamanı, yoxsa yalnız dərsdən sonra qaytarılmasına qərar verməli olacaq.
Xuraman Etibarlı
İnterpress.az