SEPAH generalından Kiprə RAKET HƏDƏSİ: “Amerikalılar oradan da qaçacaqlar”backend

SEPAH generalından Kiprə RAKET HƏDƏSİ: “Amerikalılar oradan da qaçacaqlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SEPAH generalından Kiprə raket zərbələri endirilə biləcəyini bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Cabbari məlumat yayıb.

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Cabbari ABŞ-nin Kiprdəki hərbi hərəkətliliyinə münasibət bildirərkən Kipr adasına raket zərbələri endirilə biləcəyini istisna etməyib.

O, amerikalıların öz hərbi təyyarələrini bu regiona cəmləşdirdiyini diqqətə çatdırıb.

“Amerikalılar öz təyyarələrinin böyük hissəsini Kiprə köçürüblər. Biz Kiprə o qədər raket atacağıq ki, amerikalılar oradan da qaçıb gedəcəklər”, – general vurğulayıb.

Bu bəyanat regionda onsuz da gərgin olan vəziyyəti daha da kəskinləşdirib.

Kipr Aralıq dənizində strateji nöqtə kimi ABŞ və müttəfiqləri üçün mühüm logistik baza rolunu oynayır.

Xuraman Etibarlı

İnterpress.az