Serbiya Prezidenti Avropanın “de-fakto müharibə durumunda” olduğunu bildiribbackend

Serbiya Prezidenti Avropanın “de-fakto müharibə durumunda” olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün bəyanatlarına baxmayaraq, Avropa faktiki olaraq müharibə durumundadır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib.

“Avropa de-fakto savaş durumundadır, nə olursa-olsun və nə deyirlər-desinlər”, – Serbiya lideri bildirib və qitədə “artıq tolerantlığın” qalmadığını vurğulayıb.

Xatırladaq ki, daha öncə Balkan ölkəsinin “İnformer” qəzeti Serbiya Tərəqqi Partiyasının növbədənkənar iclasında Vuçiçin Kosovo ilə bağlı Serbiyaya Qərbin təzyiqləri barədə partiya rəhbərliyinə bildirdiyini yazmışdı.