Polşa Futbol İttifaqının İntizam Komitəsi hakimlər Bartoş Frankovski və Tomaş Musialı cəzalandırıb.
İnterpress.az xəbər verir ki, buna ədalət təmsilçilərinin ictimai asayişi və davranış qaydalarını pozmaları səbəb olub.
Onlar 25 min zloti məbləğində cərimə ediliblər. Referilər 5 aylıq diskvalifikasiya olunublar. Hakimlərə iki il sınaq müddəti də verilib. Bu cür hallar yenidən təkrarlansa, cəzaları 1 illik olacaq.
Qeyd edək ki, Frankovski və Musial Çempionlar Liqasının III təsnifat mərhələsində “Dinamo” (Kiyev, Ukrayna) – “Reyncers” (Şotlandiya) matçını idarə etməli idilər. Lakin onlar qarşılaşmadan əvvəlki gecə sərxoş halda polis tərəfindən saxlanılıblar. Bundan əlavə, onlar yol nişanını da oğurlayıblar. UEFA hakimləri başqaları ilə əvəz edib.