Sərxoş vəziyyətdə tanışını bıçaqladıbackend

Sərxoş vəziyyətdə tanışını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda bıçaqlanma hadisəsi olub.

İnterpress.az-ın məlumatına görə, hadisə rayonun Malay kəndində baş verib. Mürsəl kənd sakini 22 yaşlı Səbuhi Abdullayev sərxoş vəziyyətdə 29 yaşlı Alim Alcanova qol və kürək nahiyəsindən bıçaqla xəsarətlər yetirib. Sonuncu xəstəxanaya yerləşdirilib.

Hadisəni tərədən S.Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

S.Abdullayevin Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir.