Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkmiş Mərakeşə hava körpüsü qururbackend

Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkmiş Mərakeşə hava körpüsü qurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı zəlzələdən zərər çəkən Mərakeşə yardım ləvazimatlarını çatdırmaq üçün hava körpüsü qurmaq və axtarış-xilasetmə qrupu göndərmək qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Kral Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Mərakeşə axtarış-xilasetmə qrupunun göndərilməsi və müxtəlif yardım materiallarının çatdırılması üçün hava körpüsünün yaradılması əmrini verib. Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzinin prezidenti Abdullah bin Əbdüləziz əl-Rabia qeyd edib ki, Mülki Müdafiə Baş Müdirliyinin axtarış-xilasetmə qrupları və Səudiyyə Ərəbistanı Qızıl Aypara Cəmiyyətinin tibbi qrupları Mərakeşə göndəriləcək. Digər tərəfdən Oman bir xilasetmə qrupu və təcili yardımın Mərakeşə göndəriləcəyini açıqlayıb. Ölkənin rəsmi xəbər agentliyi ONA-nın məlumatına görə, Omanın sultanı Heysəm bin Tariq axtarış-xilasetmə qrupu və təcili yardım ləvazimatlarının Mərakeşə göndərilməsi barədə göstəriş verib. Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib Sentyabrın 8-də yerli vaxtla saat 23.10-da Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib, episentri Mərakeş şəhərinin Əl-Huz bölgəsində olub. Zəlzələnin paytaxt Rabat başda olmaqla Kasablanka, Meknes, Aqadir və Fes şəhərlərində də hiss olunduğu bildirilib. Mərakeş Daxili İşlər Nazirliyi zəlzələdə 2 min 122 nəfərin öldüyünü, 2 min 421 nəfərin isə yaralandığını açıqlayıb.