“Sevilənlər sevənlər” rubrikası davam edirbackend

“Sevilənlər sevənlər” rubrikası davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublika Gənclər Kitabxanasının keçirdiyi “Sevilənlər sevənlər” rubrikasının növbəti qonağı Azərbaycan–Amerika Qadınlar Assosiasiyasının rəhbəri Münəvvər Vahabova olub.
İnterpress.az xəbər verir ki, ABŞ-dan birbaşa bağlantı edən Münəvvər Vahabova karantin rejimi altında keçən gündəlik həyatında mütaliəyə daha çox yer ayırdığını deyib.
Görüş zamanı Münəvvər Vahabova izləyicilərin suallarına əsasən ABŞ-a ilk gəlişindən, xarici dil biliyi və təhsilin əhəmiyyətindən söz açıb. Söhbət əsnasında iki dövlətin adət və ənənələri, mədəniyyəti, mütaliəyə marağı arasında paralellər apararaq kitab təbliğatı, kitabxana mövzusunda dəyərli fikirlər söyləyib.
Öz fəaliyyətində Azərbaycan-ABŞ mədəni əlaqələrinin inkişafına geniş yer verən və bu sahədə vətənpərvərliyi ilə seçilən Münəvvər Vahabova bir vaxtlar Nyu-Yorkda fəaliyyət göstərən “Azərbaycan Evi” haqqında da məlumat verib.
Canlı yayım zamanı qonaq izləyicilərin suallarını cavablandırıb.
Sonda o, bu cür görüşlərin təşkilinə görə kitabxana rəhbərliyinə və bütövlükdə kollektivə öz dərin təşəkkürünü bildirib və Respublika Gənclər Kitabxanasının əməkdaşlarının simasında bütün kitabxana sahəsində fəaliyyət göstərən insanlara uğurlar arzulayıb.

İnterpress.az