Şikayətə gələn qadın polis şöbəsində telefon OĞURLADI – VİDEObackend

Şikayətə gələn qadın polis şöbəsində telefon OĞURLADI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kamçatkada qadın polisə şikayətə gəlib, amma özü telefon oğurlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, Kamçatkanın Yelizovo şəhərində 50 yaşlı qadın oğurluq barədə polisə şikayət edib.

Lakin şöbədə o, yatmış bir kişinin telefonunu masadan götürərək oğurlayıb. Hadisə təhlükəsizlik kamerasına düşüb.

Məhkəmə qadını 240 saatlıq islah işlərinə məhkum edib. Telefon isə sahibinə qaytarılıb.

Xuraman Etibarlı

İnterpress.az