Danimarkalı ekspertlər Anholt adasında “Timmi” adlı balinanın leşini yaracaqlar.
İnterpress.az xəbər verir ki, bu barədə Danimarka mətbuatı məlumat yayıb.
Danimarkanın Anholt adası sahillərində tapılan “Timmi” adlı balinanın ölüm səbəblərini araşdırmaq üçün mütəxəssislər qrupu işə başlayıb. 5-6 nəfərlik heyətə – patoloqoanatomlar, baytarlar və tədqiqatçılardan ibarət qrupa tanınmış təbiətşünas Şarlotta Bi Töstesen rəhbərlik edir.
Mütəxəssislər balinanın daxilinə daxil olaraq detallı araşdırma aparmalı olacaqlar. Tədqiqat riskli hesab olunur, çünki balinanın leşi artıq üç həftədir ki, sahildə qalıb. Bu səbəbdən yarma zamanı daxili qazların və mayelərin qəfil xaricə püskürməsi ehtimalı var.
Danimarka Ətraf Mühitin Mühafizəsi Agentliyinin şöbə müdiri Ceyn Hansen bildirib: “Növbəti addım balinanın dərindən müayinəsi və elmi araşdırmalar üçün nümunələrin götürülməsi olacaq. İri balinalar sahilə atıldıqda, təhlükə yaratdıqları halda onların yarılması və elmi məqsədlər üçün nümunələrin götürülməsi qəbul olunmuş təcrübədir”.
Yarma prosesi “Timmi”nin mayın 2-də Şimal dənizinə buraxıldıqdan sonra niyə və necə öldüyünə aydınlıq gətirəcək. Bütün prosedurlar başa çatdıqdan sonra balinanın qalıqları mavi konteynerlə adadan çıxarılacaq.

Xuraman Etibarlı
İnterpress.az






