Gümri meri və onun əlaltıları uzun müddət həbsxanaya düşəcəklər.
İnterpress.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
Simonyan İstintaq Komitəsinin təqdim etdiyi və Gümri meri Qukasyanın və bir neçə digər şəxsin hakimiyyəti ələ keçirmək cəhdlərinə dair dəlilləri özündə əks etdirən səs yazılarına münasibət bildirib.
O, video müraciətində vurğulayıb ki, “Onlar uzun müddət həbsxanaya düşəcəklər”.
Bu gün səhər Ermənistan İstintaq Komitəsi Qukasyanın və digərlərinin Konstitusiyada nəzərdə tutulmayan üsullarla ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş hazırlıq tədbirləri həyata keçirdiklərini əks etdirən səs yazılarını dərc edib.
Qukasyanın özü 2025-ci ilin oktyabrında rüşvət ittihamı ilə həbs edilib. Məhkəmə 2025-ci ilin dekabrında onun həbs müddətini üç ay uzadıb.
Xuraman Etibarlı
İnterpress.az






