“Sky News”: Tramp, Zelenski və Putin danışıqları Romada baş tuta bilərbackend

“Sky News”: Tramp, Zelenski və Putin danışıqları Romada baş tuta bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp, Zelenski və Putin danışıqları Romada baş tuta bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Avropa diplomatik dairələrindəki mənbəyə istinadən “Sky News” xəbər verib.

İtaliyanın paytaxtı Romada ABŞ, Ukrayna və Rusiya prezidentləri arasında üçtərəfli görüş baş tuta bilər.

Telekanalın məlumatına görə, həm Tramp, həm də Zelenski danışıqların Romada aparılmasının tərəfdarıdır.

Bu ideyanı ABŞ-nin vitse-prezidenti Vens və dövlət katibi Rubio da dəstəkləyir.

Eyni zamanda, mənbələrin məlumatına görə, Rusiya tərəfi daha əvvəl Moskva və Vaşinqton arasında danışıqlar platforması rolunu oynayan görüşün Cenevrədə keçirilməsində israrlıdır.

Xuraman Etibarlı

İnterpress.az