İkinci İran gəmisi ötən həftə Somali sahillərində dəniz quldurları tərəfindən qaçırılıb. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Somalinin Kandala Regional Prezidenti Əhməd Yusuf Khurşe mətbuata verdiyi açıqlamada İran bayraqlı gəminin dəniz quldurlarının hücumuna məruz qaldığını bildirib.
Khurşe deyib: “İran balıqçı gəmisi Kandalanın da daxil olduğu Putland əyalətinin sahillərində bir qrup dəniz qulduru tərəfindən qaçırılıb”.
Ekipajın hamısının xarici ölkə vətəndaşı olduğunu deyən Xurşe ekipajın sayı barədə məlumat verməyib.
Noyabrın 25-də Somalinin Putland bölgəsi sahillərində somalili və iranlılardan ibarət 16 nəfərlik heyətlə İran bayraqlı gəmi qaçırılıb.
Piratlar ekipajın sərbəst buraxılması üçün 400 min dollar fidyə tələb ediblər.
Somalidə dəniz quldurları 2017-ci ilə qədər yük gəmilərinə hücum edərək onları fidyə müqabilində oğurlasa da, o vaxtdan bəri pirat hücumları azalıb.