SON DƏQİQƏ: Bakıda polis maşınında dəhşətli anlar – xəsarət alan varbackend

SON DƏQİQƏ: Bakıda polis maşınında dəhşətli anlar – xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda polis maşını qəzaya uğrayıb.

İnterpress.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. 24 yaşlı Məmmədov Emin Allahverən oğlunun idarə etdiyi “Niva” markalı avtomobil hərəkətdə olarkən ərazidə xidmət göstərən 99-YP-241 dövlət qeydiyyat nişanlı yol patrul xidmətinin avtomobili ilə toqquşub. Hadisə zamanı “Niva”nın sürücüsü xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.