SON DƏQİQƏ: Bu şəhərdə ticarət mərkəzində atışma – yaralılar varbackend

SON DƏQİQƏ: Bu şəhərdə ticarət mərkəzində atışma – yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Arizona ştatının Feniks şəhərində ticarət mərkəzində atışma baş verib.

“İnterpress.az”ın xəbərinə görə, bu barədə CBS telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 9 nəfər yaralanıb. Zərərçəkənlərdən üçü həyati təhlükəsi olan xəsarətlər alıb. Polisin məlumatına görə, yaralıların yaşı 17-24 arasındadır.

İnsident 100-ə yaxın insanın olduğu ticarət mərkəzində qeydə alınıb.

Telekanala görə, yaxınlıqdakı küçələr bağlanıb, araşdırma aparılır.