SON DƏQİQƏ: Qarabağa səfər etmək istəyən erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldıbackend

SON DƏQİQƏ: Qarabağa səfər etmək istəyən erməni deputatlar Azərbaycan sərhədindən geri qaytarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qarabağa səfər etmək istəyən “Hayastan” (Ermənistan – Red) blokunun deputatları hazırda Rusiya sülhməramlıların yerləşdiyi Azərbaycan ərazilərinə buraxılmayıb.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Belə ki, rusiyalı sülhməramlılar “Hayastan” blokununun deputatlarını daşıyan avtomobili nəzarət-buraxılış məntəqəsində saxlayıb.

Azərbaycan tərəfi ilə əlaqə yaradılıb və müvafiq  tapşırıq alan rusiyalı sülhməramlılar erməni deputatları Qarabağ ərazisinə daxil olmasını qadağan edib.