SON DƏQİQƏ: Rusiyanın milyardlarla dəyərində olan raket dolu nəhəng gəmisi batdıbackend

SON DƏQİQƏ: Rusiyanın milyardlarla dəyərində olan raket dolu nəhəng gəmisi batdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın raket daşıyan “Moskva” krayseri batıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada qeyd olunur ki, yanğın və hərbi sursatların partlaması nəticəsində ciddi zədə alan krayser sahilə çəkilərkən güclü tufan səbəbindən suyun altına batıb.

Qeyd edək ki, Rusiyanın Qara dəniz hərbi donanmasının flaqmanı olan krayseri Ukrayna Silahlı Qüvvələri “Neptun” raketləri ilə vursa da, Rusiya tərəfi bunu təkzib edərək, krayserdə guya yanğın nəticəsində sursatların partladığını iddia edir.

Qeyd edək ki, Ukraynanın “Neptun” gəmi əleyhinə raket sistemləri Rusiyanın Qara dəniz donanmasındakı “Moskva” kreyserini vurub.

Məlumaat görə, kreyserdə desant və ekipaj üzvləri olmaqla, 510 nəfər var.

Rusiya Müdafiə Nazirliyi (MN) məlumat yayıb ki, yanğın zamanı hərbi sursatın partlaması nəticəsində Rusiyanın Qara dəniz donanmasının “Moskva” raket kreyseri çox ciddi zədələnib.

“Moskva” raket kreyserində yanğın nəticəsində hərbi sursat partlayıb. Gəmi ciddi zədə alıb. Heyət tam təxliyə olunub”, – Nazirlikdən bildirilib.

“Moskva” kreyserinin göyərtəsindəki əsas silah “Vulkan” raketləri hesab olunur.

“Moskva” Rusiya Hərbi Dəniz Donanmasının Qara dənizdə flaqmanı və ən güclü silahlandırılmış gəmisi sayılır.

afcf07e7-0422-4be2-a0ea-a8f34c3f85df.jpg (9 KB)