Milyonlarla izləyicisi olan bloqerlərlə əməkdaşlıq edən Xatuna Ataşyan vətəndaşların on milyonlarla rublunu mənimsəyib.
İnterpress.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları TASS-a məlumat verib.
Milyonlarla izləyicisi olan bloqerlərlə əməkdaşlığı ilə tanınan Xatuna Ataşyanın qanunsuz əməlləri üzə çıxıb.
O, özünü “turagent” kimi təqdim edərək müştərilərə səyahət təşkil etmək adı ilə on milyonlarla rubl vəsaiti mənimsəməkdə ittiham olunur.
İstintaqa daxil olan şikayətlərdən birində zərərçəkən qadın bildirib ki, sosial şəbəkədə qarşılaşdığı səhifədə Xatuna Ataşyanın təklif etdiyi turizm xidmətlərinə etibar edərək ona 170 min rubl (təxminən 3 145 manat) pul ödəyib.
Prokurorluğun məlumatına görə, daha bir neçə nəfər də eyni üsulla aldadıldıqlarını bildirərək şikayət ərizəsi ilə müraciət edib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən Xatuna Ataşyanın qurbanlarının ümumi sayının və vurulan ziyanın dəqiq miqdarının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.az






