Yeməyə olan ehtirası sayəsində Asiya fili balası olduqca kökəlib və internet ulduzuna çevrilib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb.
Yeməyə olan həvəsinə görə həmyaşıdlarından fərqlənən Asiya fil balası xarici görünüşü ilə hər kəsi heyrətləndirib.
Həddindən artıq qidalanan balaca fil o qədər kökəlib ki, o, artıq ayaqları üzərində duran kiçik bir “tumbanı” xatırladır.
Qeyri-adi görünüşü ilə diqqət çəkən “kök” fil balasının videoları qısa müddətdə sosial şəbəkələrdə viral olub və minlərlə istifadəçi tərəfindən bəyənilib.
Mütəxəssislər bildirirlər ki, heyvanlar aləmində bu cür artıq çəki adətən onun sağlamlığına və hərəkətliliyinə mənfi təsir göstərə bilər.

Xuraman Etibarlı
İnterpress.az






