Şotlandiya İsraillə əlaqəni kəsir.
interpress.az xəbər verir ki, bu barədə Şotlandiyanın Xarici İşlər Naziri Angus Robertson bildirib. O deyib ki, Şotlandiya hökuməti Qəzzada atəşkəs və blokadadakı anklavlara humanitar yardımın maneəsiz çatdırılması istiqamətində “real irəliləyiş” əldə olunmayana qədər İsrail tərəfi ilə növbəti görüş dəvətini qəbul etməyəcək.
Bu addım Robertsonun bu ayın əvvəlində İsrailin Britaniyadakı səfirinin müavini Daniela Qrudski ilə görüşünün ictimai tənqidindən sonra atılıb.
Xuraman Etibarlı
İnterpress.az