Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor “PnB Rock”u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.
Bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.
Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.
Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.
Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı “Selfish” olub.
Onun iki azyaşlı qızı qalıb.
Mənbə: Gazeta.ru