Stress ürəyə zərər verir: cəmi 10 gün yuxusuzluq, səs-küy və həddindən artıq yüklənmə iltihaba və toxumaların zədələnməsinə gətirib çıxarır.
Interpress.az xəbər verir ki, bu barədə alimlər tədqiqt aparıblar.
Alimlər müəyyən ediblər ki, ekoloji və sosial stress birbaşa ürək hüceyrələrində iltihab proseslərini aktivləşdirir.
Mütəxəssislər bildirirlər ki, 10 gün davam edən yuxusuzluq, davamlı səs-küy və iş yükü miokardda zülal komplekslərini aktivləşdirərək iltihabı artırır və orqanın fəaliyyətini pozur.
Xüsusilə metropol sakinləri yüksək risk altındadır: daim səs-küy, çirklənmiş hava və sosial təzyiq ürək-damar xəstəliklərinin inkişafını sürətləndirir.
Riskin azaldılması üçün stresin idarə edilməsi vacibdir: normal yuxu, nizamlı rejim, istirahət və sakitlik. Ən yaxşı həll isə sakit bölgələrdə yaşamaqdır.
XuramanEtibarlı
Interpress.az