Su anbarında naməlum kişi meyiti tapılıbbackend

Su anbarında naməlum kişi meyiti tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şabran rayonunda Taxtakörpü su anbarında aşkar edilmiş naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Fövqəladə Hallar Nazirliyindən İnterpress.az- a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 22 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3 nəfər xilas edilib, 1 nəfərin meyiti qəza nəticəsində deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, 20 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

 

İnterpress.az