Supermarketdən qaragilə alıb yeyən 12 nəfər Hepatit A xəstəliyinə tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilir ki, Hollandiyada 12 nəfər ölkənin ən böyük supermarketindən qaragilə alıb yeyib, sonra Hepatit A xəstəliyinə tutulub.
Məşhur supermarketlər şəbəkəsinin dondurulmuş giləmeyvələri Hollandiyada epidemiyaya səbəb olub. Zərərçəkənlərin yaşları 22 ilə 77 arasındadır, ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlər infeksiyanın yüzlərlə insana keçə biləcəyindən qorxurlar. Giləmeyvələrin təhlükəli partiyası mağazalardan çıxarılıb.
Xuraman Etibarlı
İnterpress.az