Suriya dekabrda yeni pul vahidlərini dövriyyəyə buraxacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” 7 mənbəyə istinadən məlumat yayıb. Suriya 8 dekabrdan etibarən üzərində iki sıfır azaldılmış yeni əsginasları dövriyyəyə buraxacaq.
Məlumata görə, bu addımın məqsədi uzun illər davam edən müharibə nəticəsində dəyərini itirmiş funtun mövqeyini gücləndirmək və əhali arasında inamı bərpa etməkdir.
2011-ci ildən bəri suriya funtu dəyərinin 99 faizdən çoxunu itirib. Müharibədən əvvəl 1 ABŞ dolları 50 funt idisə, hazırda bu rəqəm 10 min funta yüksəlib.
Məlumata görə, Suriya yeni əsginasların buraxılması üçün Rusiyanın dövlət müəssisəsi “Qoznak”la razılıq əldə edib.
Yeni pulların rəsmi dövriyyəyə buraxılması dekabrın 8-nə – Əsəd rejiminin devrilməsinin ildönümünə təsadüf edəcək.
Gələcəkdə ölkə əsginasların istehsalını Rusiyadan BƏƏ və Almaniyaya köçürməyi planlaşdırır.
Xuraman Etibarlı
İnterpress.az