Sürücünün səhlənkarlığı bir ailəni MƏHV ETDİ – FOTO/VİDEObackend

Sürücünün səhlənkarlığı bir ailəni MƏHV ETDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da çinli sürücünün idarə etdiyi avtobus Rusiya vətəndaşı olan ailəni məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Amerikada baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Çin əsilli sürücünün idarə etdiyi avtobus magistral yolda yüksək sürətlə digər avtomobillərə çırpılıb.

Məlumata görə, yolda təmir işləri aparıldığı üçün nəqliyyat vasitələri dayanıb. Avtobus sürücüsü isə bunu fərq etməyərək sürəti azaltmayıb və avtomobil karvanına daxil olaraq yoldan çıxıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, çox sayda yaralı var. Həlak olanlar arasında Rusiya vətəndaşı olan valideynlər və onların iki övladı da var.

Bildirilir ki, ailə hadisə zamanı başqa bir ştata, toy mərasiminə gedirmiş.

Hüquq-mühafizə orqanları sürücünün səhlənkarlığı ilə bağlı cinayət işi açıb, araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az