Şuşada Xocalı qurbanları anılıbbackend

Şuşada Xocalı qurbanları anılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şuşa şəhərində Xocalı qurbanları anılıb. Xocalı soyqırımının 30-cu il dönümü ilə bağlı Şuşa şəhərində bu faciənin günahsız qurbanları anılıb.

Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin və şəhər polis şöbəsinin rəhbərliyinin və şəxsi heyətinin iştirak etdiyi 1 dəqiqəlik anma mərasimi şəhərin mərkəzi meydanında və Yuxarı Gövhərağa məscidinin qarşında baş tutub.

Anım mərasimində şəhərdə fəaliyyət göstərən digər dövlət və özəl şirkətlərin rəhbərlikləri də iştirak edib. Xocalı soyqırımının bütün qurbanlarına Allah rəhmət eləsin.