“Taliban“ın lideri ABŞ-ın adamıdır“ – İddiabackend

“Taliban“ın lideri ABŞ-ın adamıdır“ – İddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əfqanıstanda “Taliban” hökuməti Baş nazirinin müavini Molla Əbdülqəni Bəradər ABŞ-ın sayəsində böyük siyasətə gəlib”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bloomberg News” agentliyi geniş təhlil dərc edib.

Agentliyin iddiasına görə, Bəradər Əfqanıstanın gələcəyində əsas rol oynayacaq.

“Taliban” hökumətinin Baş nazirinin müavini Molla Əbdülqəni Baradar  Əfqanıstanın gələcəyində əsas rol oynayacaq. O, ABŞ-“Taliban” razılaşmasının qurucusudur. Molla Bəradər xarici dünyada daha məşhurdur. O, ABŞ-la 20 il davam edən müharibədə qruplaşmanı yenidən qurmağa kömək, Amerika qoşunlarının çıxarılmasına vasitəçilik edib. Bunlar çətin missiyalardır. O, dünya liderlərini indiki “Taliban”ın əvvəlki “Taliban”dan fərqli olduğuna inandırmalıdır”, – deyə nəşr qeyd edib.

“Bloomberg News”un iddiasına görə, hazırda 50 yaşlarında olan Bəradər təcrübəli diplomat olduğunu isbatlayıb. O, Donald Trampın prezidentliyi dövründə ABŞ-la danışıqlara rəhbərlik edib. Tramp administrasiyası həbsxanada 10 il keçirdikdən sonra 2018-ci ildə Bəradərin sərbəst buraxılması üçün Pakistana təzyiq edib.

Agentliyin məqaləsində Əbdülqəni Bəradər həyatının ilk illəri haqqında ətraflı məlumat verilir. O, 1968-ci ildə Əfqanıstanın cənubunda, nüfuzlu bir tayfada anadan olub.

“Əfqanıstandakı Amerika Müharibəsi” kitabının müəllifi Karter Malkasyan onun haqqıbda deyib:

“O, bir kəndlidir. Danışanda səni diqqətlə dinləyir. Mühafizəkar deyil, zərif harizması var. Yeniyetmə ikən ABŞ-ın dəstəklədiyi mücahidlərə qoşulub və sovet ordusuna qarşı döyüşüb. Bu illərdə Molla Məhəmməd Ömərlə görüşüb və hər ikisi də “Taliban” hərəkatının qurulmasında fəal iştirak edib. 1996-cı ildə “Taliban” hakimiyyəti ələ keçirəndən sonra Əbdülqəni Bəradər müdafiə nazirinin müavini vəzifəsini tutub. 2001-ci ilin sonunda ABŞ-ın dəstəklədiyi qüvvələr ölkə daxilində sürətlə irəlilədikdə Bəradər digər “Taliban” rəhbərləri ilə birlikdə Pakistana qaçıb”.

Barak Obamanın administrasiyası Əfqanıstanda ABŞ əsgərlərinin sayını  artırmağa başlayanda Əbdülqəni Bəradər prezident Həmid Karzai ilə danışıqlar aparmağa çalışıb. Bu, razılaşma və danışıqları öz xeyrinə görməyən Pakistan kəşfiyyat xidmətini (ISI) narazı salıb.

Əbdülqəni Bəradər 2018-ci ilə qədər Əfqanıstan siyasi arenasına qayıdıb. Bu dəfə ABŞ-ın köməyi ilə o geri dönüb. Dohada keçirilən danışıqlarda o, Amerika komandası tərəfindən diqqət və hörmətlə qarşılanıb.