Taliban Tatarıstanın paytaxtı Kazana gəlib.
İnterpress.az xəbər verir ki, Talibanın “Rusiya-İslam dünyası” forumuna səfəri barədə Əfqanıstan mətbuatı məlumat yayıb.
Nümayəndə heyəti Kazana Tatarıstan rəhbəri Rüstəm Minnixanovun dəvəti ilə gəlib.
Peskov apreldə deyib ki, Kremldə Talibanın forumda iştirakı barədə məlumat yoxdur.
Xatırladaq ki, Rusiyada 2003-cü ildən Taliban hərəkatı terror təşkilatı kimi tanınır.
Qərar, digər məsələlərlə yanaşı, Talibanın 1995-ci ildə Tatarıstan təyyarəsini qaçırması və ekipajı girov saxlaması ilə əsaslandırılıb. Amma son illərdə Taliban liderləri mütəmadi olaraq Moskvaya səfər edib, Lavrov və digər rəsmilər onlarla görüşüb.
Xuraman Etibarlı
İnterpress.az