Taxta mətbəx ləvazimatları sağlamlıq üçün təhlükə yarada bilər.
İnterpress.az xəbər verir ki, bu barədə mütəxəssislər araşdırma aparıb. Məlumata görə, taxta qaşıq və ləvazimatlar rütubəti asanlıqla hopdurur və nəticədə zərərli bakteriyaların — salmonella, stafilokokk və bağırsaq çöplərinin sürətlə çoxalması üçün əlverişli şərait yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə alətlərdən düzgün istifadə olunmadıqda qida zəhərlənmələri riski artır.
İnfeksiya təhlükəsini minimuma endirmək üçün taxta ləvazimatları vaxtaşırı sirkə və ya hidrogen peroksidlə təmizləmək tövsiyə olunur.
Eyni zamanda, mütəxəssislər bildirirlər ki, bu alətləri qabyuyan maşında yumaq olmaz. Çünki taxtada yaranan xırda çatlar bakteriyaların daha sürətli çoxalmasına səbəb olur.
Xuraman Etibarlı
İnterpress.az