Tayvan ABŞ-dan 100 ədəd raket alacaqbackend

Tayvan ABŞ-dan 100 ədəd raket alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinlə münaqişədə olan Tayvan ABŞ-dan 100 ədəd “Sidewinder” tipli qısa mənzilli raketlər alacaq.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Müdafiə Nazirliyi ABŞ-la “AIM-9X Block II” model taktiki Sidewinder raketləri və komponentlərinin 78,63 milyon dollara alınmasına dair müqavilə imzalayıb.

2030-cu ilə qədər partiyalar şəklində təhvil verilməsi gözlənilən raketlərin ilk növbədə adanın cənub-şərqindəki Taitung şəhərindəki hərbi bazaya yerləşdirilməsi planlaşdırılır.