Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – ÖZƏLbackend

Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

İnterpress.az xəbər verir ki, teleqüllə hazırda Gürcüstanda olan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun səfərinə dəstək məqsədilə Azərbaycanın dövlət bayrağının rənglərinə boyanıb.

Tbilisinin ən yüksək nöqtəsi sayılan Mtatsminda parkında yerləşən və şəhərin əsas simvollarından biri olan teleqüllənin Azərbaycanın dövlət bayrağı rənglərində işıqlandırılması paytaxt Bakıya Gürcüstan paytaxtının nümayiş etdirdiyi dəstəyin təzahürüdür.

Qeyd edək ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov Gürcüstana səfəri çərçivəsində Tbilisi meri Kaxa Kaladze ilə görüşüb.

Görüşdə tərəflər paytaxt şəhərləri arasında əlaqələrin gücləndirilməsi istiqamətində müzakirə aparıblar.

Kaxa Kaladze Eldar Əzizova oktyabrın 1-də “Tbilisoba” bayramında iştirak edəcəyi üçün təşəkkür edib. O, həm ölkələr, həm də xalqlar arasında isti münasibətlərin olduğunu vurğulayıb.

Eldar Əzizov Kaxa Kaladzeni şəhər bayramı münasibətilə təbrik edib. Vurğulayıb ki, Bakı və Tbilisi arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur.

Xatırladaq ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevin bu vəzifəyə təyinatından sonra iki ölkə arasında diplomatik əlaqələr daha da inkişaf edib.