Tbilisidə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair məsələ müzakirə edilibbackend

Tbilisidə Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair məsələ müzakirə edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Tbilisidə Azərbaycanla sülh sazişini müzakirə edib.

İnterpress.az xəbər verir ki, məlumatı Gürcüstan KİV-i yayıb.

Məlumata görə, Şalva Papuaşvili regionda sülhün bərqərar olmasına səy göstərməyə hazır olduqlarını bildirib.

Armen Qriqoryan parlament sədrini Avropa Komissiyasının Gürcüstanın Aİ-yə üzvlüyünə verdiyi müsbət qiymətə görə təbrik edib.