Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylandıbackend

Təbrizdə uşaqlara Azərbaycan türkcəsində kitablar paylandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanda Milli Hökumətin qurulmasının – 21 Azər (12 dekabr) hərəkatının 76-cı ildönümü öncəsi milli-mədəni fəallar tərəfindən maraqlı aksiya keçirilib.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, Güney Azərbaycanın mərkəzi Təbriz şəhərinin müxtəlif bölgələrində uşaqlar arasında Azərbaycan türkcəsində çap edilmiş kitablar paylanıb.

Qeyd edək ki, İran İslam Respublikasında orta və ali məktəblərdə türk dilinin tədrisi qadağandır.

Lakin ana dili hərəkatının fəalları türk dilini yaşatmaq üçün vaxtaşırı bu kimi aksiyalar keçirir.