İngiltərədə milyonlarla insan hipertoniya xəstəsi olduğundan xəbərsizdir.
İnterpress.az xəbər verir ki, bu barədə “BMJ Public Health” jurnalında dərc olunan tədqiqatda məlumat yayıb.
Oksford Universitetinin 1.4 milyon böyüklər arasında apardığı araşdırma göstərib ki, İngiltərədə yüksək təzyiqdən əziyyət çəkən şəxslərin 59 faizi öz xəstəliyindən xəbərsizdir və onlara diaqnoz qoyulmayıb.
Ailə həkimləri tərəfindən müalicə və dərman təyin edilən pasiyentlərin belə 50 faizində təzyiq nəzarətdən kənarda qalır. Ekspertlər mövcud müayinə və müalicə yanaşmasının effektiv olmadığını bildirirlər.
Tədqiqata əsasən, böyüklərin 37 faizindən çoxu yüksək təzyiqdən əziyyət çəkir. Kişilər arasında bu göstərici qadınlara nisbətən 50 faiz daha yüksəkdir (42 faizə qarşı 29 faiz).
COVID-19 pandemiyasından sonra tibbi xidmətlərdə yaşanan fasilələr səbəbindən vəziyyətin daha da pisləşdiyi vurğulanır.
Müalicə alanların yarısında təzyiqin normallaşmamasına doza uyğunsuzluğu, digər xəstəliklər, qida rasionu və dərmanların yan təsirləri kimi amillər təsir göstərir.
Xuraman Etibarlı
İnterpress.az






