Hindistanda tekstil fabrikinin işçisi maşının mühərrikinə sıxışaraq faciəvi şəkildə ölüb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Hindistanda fəaliyyət göstərən tekstil fabriklərindən birində dəhşətli istehsalat qəzası qeydə alınıb.
Fabrikin 29 yaşlı fəhləsi işlək vəziyyətdə olan nəhəng dəzgahın mexaniki hissələrinin arasına sıxışaraq ağır bədən xəsarətləri alıb.
Məlumata görə, iş zamanı ehtiyatsızlıq səbəbindən fəhlə fırlanan dəzgahın daxilinə çəkilib və aparat tam dayanana qədər sürətlə onunla birlikdə fırlanıb.
Nəticədə bədəninin bütün sümükləri qırılan və kəskin daxili orqan zədələnmələri alan gənc təcili tibbi yardım maşını ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdiyi bütün təcili reanimasiya tədbirlərinə baxmayaraq, bədənində çoxsaylı ağır sınıqları olan 29 yaşlı fəhlə yerləşdirildiyi palatada dünyasını dəyişib.
Faktla bağlı müəssisədə texniki təhlükəsizlik qaydalarının pozulması ilə əlaqədar rəsmi araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.аz






