Almaniyada tələbə müəllimi bıçaqlayıb.
Interpress.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, Almaniyanın Essen şəhərində kollec tələbəsi müəllimini bıçaqlayıb.
Hadisə yerinə polis cəlb olunub və şübhəli şəxsin axtarışı davam edir.
Məlumata görə, kollec binası təcrid olunub, təhsil müəssisəsində təhlükəsizlik tədbirləri gücləndirilib.
Hadisənin səbəbi və müəllimin vəziyyəti barədə hələ rəsmi açıqlama verilməyib.
Polis ərazidə axtarışları genişləndirərək şahidlərin ifadələrini toplayır və şübhəli şəxsin tutulması üçün bütün imkanlardan istifadə edir.
Hadisə ilə bağlı istintaq davam edir və ətraflı məlumatın yaxın saatlarda açıqlanması gözlənilir.
Xuraman Etibarlı
Interpress.az