Tənzilə Rüstəmxanlı Ankarada AK Parti sədr müavini Kürşad Zorlu ilə görüşdü – FOTOLARbackend

Tənzilə Rüstəmxanlı Ankarada AK Parti sədr müavini Kürşad Zorlu ilə görüşdü – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində Türkiyə Respublikasının Prezident Administrasiyasında Siyasi Partiyalarla Əlaqələr üzrə məsul şəxs və AK Parti sədr müavini Kürşad Zorlu ilə görüş keçirmişdir.

İnterpress.az xəbər verir ki, görüş zamanı Azərbaycan–Türkiyə münasibətlərinin mövcud vəziyyəti, parlamentlərarası əməkdaşlıq, qardaş ölkələr arasında siyasi və humanitar əlaqələrin daha da gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Səbinə Salmanova da iştirak etmişdir.

Kürşad bəyə hər zaman göstərdiyi diqqət və səmimi münasibətə görə təşəkkürümüzü bildiririk.

Azərbaycan və Türkiyə arasında yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı etimada əsaslanan münasibətlərin və rəsmi təmasların davamlı şəkildə möhkəmləndirilməsi hər iki qardaş dövlətin ortaq maraqları, regional əməkdaşlıq və strateji tərəfdaşlığın daha da inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bir millət, iki dövlət” prinsipi əsasında qurulan Azərbaycan–Türkiyə münasibətlərinin gələcək dövrdə də yüksələn xətt üzrə davam edəcəyinə inamımız tamdır.