Zelenski TƏSDİQLƏDİ: Sankt-Peterburq və Kronştadta zərbələr endirilib – VİDEObackend

Zelenski TƏSDİQLƏDİ: Sankt-Peterburq və Kronştadta zərbələr endirilib – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski Sankt-Peterburq və Kronştadta zərbələr endirildiyini təsdiqləyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat yayıb.

Ukrayna Prezidentinin açıqlamasına görə, iyunun 3-nə keçən gecə Ukrayna müdafiə qüvvələri Rusiya Federasiyası Hərbi Dəniz Qüvvələrinin Baltik donanmasının əsas bazası sayılan Kronştadt hərbi-dəniz bazasına və Tambov vilayətindəki hərbi zavoda zərbələr endirib.

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri və Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federasiyasının Leninqrad vilayətindəki Kronştadt hərbi-dəniz bazasında yerləşən və raket silahı daşıyıcısı olan “Boykiy” korvetinin məhv edildiyini bildirib.

Rusiya tərəfi hələlik hadisə ilə bağlı rəsmi məlumat yaymayıb.

Xuraman Etibarlı

İnterpress.az