Tənzilə Rüstəmxanlı Türk müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edibbackend

Tənzilə Rüstəmxanlı Türk müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan-Türkiyə Evinin və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Azərbaycan xalqını və Türk müsəlman dünyasını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər! Sevimli bacı və qardaşlarım! Böyük Türk milləti Sizi Müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, şəxsi həyatınızda xoşbəxtlik işlərinizdə uğurlar arzulayıram. Qurban bayramı dünya müsəlmanlarının müqəddəs bayramlarından biridir. Bu bayram Türk dünyasında qeyd olunan ən əziz və müqəddəs bayramlardandır.
Azərbaycan xalqı İslam dininin təqib olunduğu sovet dövründə belə bu bayramı qeyd etməklə dinimizə ehtiramını bildirir, bu ənənəni qoruyub saxlayırdı. Qurban bayramı hər kəsi sülhə, həmrəyliyə, ədalətə səsləyir. Bu bayram günlərində dünyanın hər yerindən olan zəvvarlar müqəddəs Həcc ziyarətini yerinə yetirir. Öz istəklərinə çatır. Hər birinizə bol bayram süfrəsi, rahatlıq və əmin-amanlıq arzulayıram.
Müqəddəs bayram günlərində Allah yolunda kəsilən qurbanlarınız, şəxsiniz, xalqımız və dövlətimiz adına etdiyiniz dualar qəbul olunsun.
Əziz həmvətənlər! Sizi bir daha müqəddəs Qurban bayramı münasibəti ilə təbrik edir, Sizə ailə həyatınızda xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.
Tanrı Sizi qorusun!”