Tənzilə Rüstəmxanlının təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir – FOTOLARbackend

Tənzilə Rüstəmxanlının təşviqat kampaniyası çərçivəsində görüşləri davam edir – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Milli Məclisinə 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd VHP sədrinin müşaviri, Azərbaycan-Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Neftçalada silsilə görüşlər keçirib.

Bu barədə İnterpress.az Tənzilə Rüstəmxanlının seçki qərargahına istinadən xəbər verir.

Növbəti görüşlər Qədimkənd, Kürqarabucaq, Pirəbbə, Mirzəqurbanlı kəndlərində və Neftçala şəhərindəki “sosial evlər” məhəlləsində baş tutub.

Açıq havada keçirilən görüşlərdə izdiham yaşanıb.

Toplaşanlar Tənzilə xanımı alqışlarla qarşılayıblar. Görüşlərdə Tənzilə Rüstəmxanlının vəkilləri, kənd ağsaqqalları, ziyalılar, şəhid ailələri və qazilər iştirak edib.

Tənzilə xanımın vəkilləri görüş iştirakçılarına namizədin platforması haqqında geniş məlumat verib, “Neftçala üçün birlikdə!” şüarının mahiyyətini açıqlayıb və hər kəsi xanım namizədə səs verməyə çağırıblar.

Tənzilə Rüstəmxanlı görüş iştirakçılarına söz verib ki, millət vəkili olarsa, belə görüşləri mütəmadi davam etdirəcək, diqqət və qayğısını əsirgəməyəcək, Neftçalanın və neftçalalıların problemlərini aradan qaldırmağa çalışacaq, rayonun gələcəyi, daha da abadlaşdırılması yolunda səylərini artıracaq.

O, hər bir kəsi seçkilərdə aktiv iştirak etməyə və layiq olan namizədə səs verməyə çağırıb.

Səmimi ortamda keçən görüşlərdə sakinlər dinlənilib, onları narahat edən problemlər qeydə alınıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində namizəd Tənzilə Rüstəmxanlı Neftçala sakinləri ilə görüşləri davam etdirəcək.