Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi – FOTObackend

Tərtərdə toy məclisi təşkil edən şəxs cərimələndi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, mart ayının 26-da Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı rayonun Sarıcalı kənd sakini Bəxtiyar Babayevin yaşadığı evin həyətində qonaqların iştirakı ilə övladına toy mərasimi təşkil etdiyi müəyyən edilib.

B.Babayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, məclisin iştirakçılarına isə xəbərdarlıq edilib.

 

 

İnterpress.az