1 oktyabrda Rusiyada həyəcan siqnalı səslənəcək.
İnterpress.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 1 oktyabr tarixində ölkə üzrə əhalinin xəbərdar edilməsi sistemlərinin genişmiqyaslı yoxlanışı keçiriləcək.
Bu məqsədlə bütün regionlarda sirenlər və səsgücləndiricilər işə salınacaq.
Yoxlama zamanı əhalidən soyuqqanlı olmaları və səsləndirilən siqnallara anlayışla yanaşmaları xahiş olunur.
Tədbir xəbərdarlıq sistemlərinin texniki vəziyyətini və operativliyini qiymətləndirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az