ABŞ-ın Luiziana ştatında ticarət mərkəzində atışma baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ-nin Luiziana ştatının Baton-Ruj şəhərindəki ticarət mərkəzlərinin birində silahlı insident baş verib.
Hadisə nəticəsində azı 6 nəfərin xəsarət aldığı bildirilir.
Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib.
Hücumun səbəbləri və cinayətkarın kimliyi barədə məlumat dəqiqləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






